
Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Avropa çempionu olub.
"AVESTA.AZ"un məlumatına görə, 55 kq-da mübarizə aparan Mirxaliq İskəndərov Portuqaliyanın Odivelas şəhərində keçirilən yarışın finalında Serbiya təmsilçisi Marko Corjiç üzərində qələbə qazanıb.
Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
"AVESTA.AZ"un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı final görüşündə macarıstanlı cüdoçu Benke Qalo ilə qarşılaşıb. Rəqibinə qalib gələn Məmişov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
55 kq-da yarışan Əhməd Rüstəmov isə bürünc medal əldə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.