
DÇ-2026-nın oyunlarına ev sahibliyi edəcək bütün şəhərlərin adına aydınlıq gəlib.
Avesta xəbər verir ki, tarixdə ilk dəfə 3 ölkədə keçiriləcək turnirə aşağıdakı şəhərlər ev sahibliyi edəcəklər:
ABŞ: Kanzas-Siti, Hyuston, Atlanta, Dallas, Sietl, San-Fransisko, Los-Anceles, Boston, Filadelfiya, Mayami və Şərqi Ruterford (Nyu Cersi)
Meksika: Mexiko, Monterre və Qvadalaxarada.
Kanada: Vankuver və Toronto.
Qeyd edək ki, DÇ-2026-nın final oyununun keççiriləcəyi şəhər hələlik məlum deyil. Mundialda tarixdə ilk dəfə 32 yox, 48 komanda mübarizə aparacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.