
İtaliyanın "İnter" klubu baş məşqçisi Simone İndzaqi ilə müqavilənin müddətini uzadıb.
"Report" Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisin yeni sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Simone İndzaqi 2021-ci ildən komandaya rəhbərlik edir. O, bu müddət ərzində iki dəfə ölkə kubokunun və eyni sayda superkubokun sahibi olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.