
Göygöl rayonunun Üçtəpə kəndində ağır yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, toy mərasimindən qayıdan avtomobil karvanında olan nəqliyyat vasitələrindən biri qarşıdan gələn avtomobillə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ağır xəsarətlər alıb.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.