
İspaniya "Real Madrid"i Şotlandiyada "Seltik"ə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının F qrupunun ilk tur oyununda ciddi itki ilə üzləşib.
"AVESTA.AZ"un məlumatına görə, "kral klubu"nun əsas hücumçusu Kərim Benzema zədələnərək, meydanı tərk edib.
Dizindən xəsarət alan fransalı forvard 30-cu dəqiqədə Eden Azarla əvəzlənib.
Qeyd edək ki, ilk hissədən sonra matçda hesab açılmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.