
"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Elbrus Məmmədov vəfat edib.
Bu barədə "AVESTA.AZ"a mərhumun yaxınları məlumat verib.
Mütəxəssis 52 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, E.Məmmədov Azərbaycanın U-21 millisinin məşqçisi olub. O, müxtəlif vaxtlarda "Xəzər Lənkəran", Sumqayıt"ın əvəzedici komandası və "İrəvan" klublarında baş məşqçi vəzifələrində çalışıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.