
Rusiyanın Leninqrad vilayətinin Volxovsk rayonunda yüngülmühərrikli təyyarə qəzaya düşüb.
Avesta xəbər verir ki, hadisə martın 8-də Potanino kəndi yaxınlığında baş verib.
İki nəfər həyatını itirib. Onlardan biri 40 yaşlı Azərbaycan vətəndaşı Müşfiq İbrahimovdur. Digərinin şəxsiyyəti müəyyənləşdirilməyib.
Qeyd edək ki, M. İbrahimov əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışıb. O, əslən Quba rayonundandır. Ailəlidir, 3 övladı var.



© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.