
Rusiyanın Ukraynaya qarşı başladığı hücumdan bu günə kimi ölkədə 902 dinc sakin öldürülüb.
Avesta xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb. Qeyd edilib ki, 24 fevraldan 19 mart tarixinə qədər Ukraynada 2361 müharibə qurbanı qeydə alınıb ki, onlardan 902-si ölüb, 1459-u yaralanıb.
BMT-nin Ali Komissarının İdarəsinin rəqəmlərinə əsasən, ölənlərdən 134 nəfəri qadın, 179-u kişi, 11-i qız, 25-i oğlan, 39-u uşaq və 514-ü böyükdür. Sonuncuların cinsiyyəti ilə bağlı statistika hələ ki, aparılmayıb
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.