
Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli Qazaxıstanın "Atırau" klubu ilə müqaviləsinin müddətini uzadıb.
"AVESTA.AZ"un məlumatına görə, bu barədə 32 yaşlı qolkiper özünün feysbuk səhifəsində paylaşım edib.
Təcrübəli oyunçu daha bir il bu komandanın formasını geyinəcəyini yazıb.
Qeyd edək ki, Rövşən Hüseynli ötən mövsümün ikinci yarısını da "Atırau"da keçirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.