
Bakının Xətai rayonunda iki azyaşlı qardaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hərəkətdə olan avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişinlər 2016-cı il təvəllüdlü H.N və onun qardaşı, 2018-ci il təvəllüdlü H.Ə xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Sürücünün ifadəsinə görə, avtomobilin əyləc sistemində yaranan problemə görə qəza baş verib. Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.